"Əgər Rusiya Suriyada hərbi baza qurmaq istəyirsə..." - Ərdoğan sərt danışdı

"Əgər Rusiya Suriyada hərbi baza qurmaq istəyirsə..." - Ərdoğan sərt danışdı

Türkiyənin İdlibdə verdiyi şəhid sayı 36-ya yüksəlib.
BakuPost Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Dolmabahçe sarayındakı çıxışında Ərdoğan şəhidlərin ailələrinə başsağlığı da verib.
Prezident Putinlə danışığı məsələsinə də aydınlıq gətirib. Ərdoğan bildirib ki, əgər Rusiya Suriyada hərbi baza qurmaq istəyirsə, Türkiyəyə mane olmamalıdır.
"Rejim gücləri ilə tək mübarizə aparırıq, Suriyada olmağımızdan narahat olanlara təəssüf edirəm, əgər biz bu gün mübarizəni dayandırsaq, sabah Hatayda, Şırnakda, Gaziantepdə də şəhid verə bilərik"- deyə Prezident qeyd edib.
Vəsilə İbrahimBAKUPOST

Mənbə: www.bakupost.az