Ərbilin son halı sevənlərini məyus etdi

Ərbilin son halı sevənlərini məyus etdi

8 ay reanimasiyada qalan, iki dəfə xəstəxanaya yerləşdirilən şoumen Mehmet Ali Ərbil aylar sonra görüntülənib.

Axşam.az xəbər verir ki, evinin vanna otağında yıxılıb, başından zədə alan və 234 gün xəstəxanada qalan Ərbil ötən ay ürək ağrılarına görə həkim nəzarətinə alınmışdı.

Şoumen artıq evinə buraxılıb. Xəstəxanadan çıxan kimi Ərbil İstanbulun Tarabya səmtində yerləşən bərbərin yanına yollanıb. Yanındakı insanların köməkliyi ilə avtomobilinə otuzdurulan sənətçi kameralar tərəfindən görüntülənib.

63 yaşlı şoumen yeriməkdə çətinlik çəkib. Dostları onun son halının görüntülənməsinə mane olmağa çalışıblar. Jurnalistləri əli ilə salamlayan Ərbil, müsahibə vermək istəməyib.

Mənbə: axsam.az