Avropa Məhkəməsi Yanukoviç barədə sanksiyasını ləğv etdi

Avropa Məhkəməsi Yanukoviç barədə sanksiyasını ləğv etdi

Avropa İttifaqı Məhkəməsi (AİM) Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və komandasına tətbiq etdiyi sanksiyanı ləğv edib.

Bu barədə AİM-in mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, qərar 2016-2018-ci illərdə tətbiq edilən məhdudiyyətlərə aid edilir.

Bu siyahıya Ukraynanın keçmiş vergilər və gəlirlər naziri Aleksandr Klimenko, Milli Bankın keçmiş başçısı Sergey Arbuzov, keçmiş baş prokuror Viktor Pşonka və oğlu Artyom, Yanukoviçin prezidentliyi dövründə administrasiyanın başçısı Andrey Klyuev, eləcə də keçmiş prezidentin oğlu Aleksandr Yanukoviç daxildir.

“Report” xatırladır ki, V.Yanukoviç 2010-2014-cü illərdə Ukraynanın prezidenti olub. 2014-cü ildə etiraz aksiyalarında səslənən tələblərrdən sonra istefa verib. Ukraynada ona qarşı bir neçə məsələ üzrə cinayət işi başlanıb.

 

Mənbə: virtualaz.org