Morales Putinlə belə zarafatlaşdı - Video

Rusiya Prezidenti Vladimir Putinlə boliviyalı həmkarı Evo Morales arasında baş tutan görüşdə maraqlı anlar yaşanıb.

Axar.az xəbər verir ki, Boliviya lider görüş zamanı öz nümayəndələrindən birini barmağı ilə işarə edərək Putinə “Uqo Çavesə (1999 - 2013 illərdə Venesuela prezidenti) necə də oxşayır? Elə deyilmi?” sualını ünvanlayıb.

Putin də gülümsəyərək “Bəli, əsl hindudur”, - deyə bildirib.

Liderlərin bu dialoqu ətrafdakıların da gülüşünə səbəb olub.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Almaniyada 11 yaşlı qızlar da narkotikdən istifadə edir

SONRAKI XƏBƏR

"Fənərbaxça"dan "Napoli"yə