Rəsmi Ankara: Aralıq dənizində kəşfiyyat-qazma işləri davam etdiriləcək

Ankara, 16 iyul, AZƏRTAC

Türkiyənin Aralıq dənizinin şərqində karbohidrogen ehtiyatlarının axtarışına dair kəşfiyyat-qazma işləri ilə bağlı Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Şurasının qərarları rəsmi Ankara üçün heç bir əhəmiyyət daşımır. Türkiyə bölgədəki fəaliyyətini davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, Türkiyə tərəfi Aİ-nin Xarici Əlaqələr Şurasının mövzu ilə bağlı qərarına kəskin şəkildə etirazını bildirib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Kipr adasının türk icması adanın bütün sərvətləri və imkanlarından bərabər pay almaq hüququna malikdir. Məlumatda Kipr adasına dair tarixi proseslər, eləcə də mövcud siyasi vəziyyət barədə ətraflı məlumat verilir və diqqətə çatdırılır ki, Türkiyə həm özünün, həm də Şimali Kiprin hüquqlarını indiyədək olduğu kimi, bundan sonra da qorumaqda davam edəcək.

Sabir Şahtaxtı

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanla Türkiyənin ticarət dövriyyəsində müsbət saldo qeydə alınıb

SONRAKI XƏBƏR

Arda Turanın xanımı bikinidə görüntüləndi - FOTO