Ayətullah Xamnəi:“Böyük Britaniya dəniz quldurudur”

Ayətullah Xamnəi:“Böyük Britaniya dəniz quldurudur”

İranın Ali dini lideri Ayətullah Xamnəi Böyük Britaniyanı “dəniz qulduru” adlandırıb.

Strateq.az “Təsnim”ə istinadla xəbər verir ki, ölkənin imam-cümələri ilə bu gün keçirilən görüşdə o deyib: “Qərb hökumətlərinin ən böyük xəstəliyi təkəbbürdür”.

Xamnəinin sözlərinə görə, Avropa dövlətləri 2015-ci ilin nüvə sazişindən irəli gələn 11 öhdəliyi yerinə yetirməyib.

Ayətullah Xamnəi bildirib: “Xarici işlər nazirimizin sözlərinə görə, avropalıların 11 öhdəliyi var və onların icrası üçün heç bir şey etməyiblər. Diplomatik mülahizələrə əsaslanan nazir bunu açıq şəkildə bəyan edir. Amma biz nə etmişik? Biz öhdəliklərimizi yerinə yetirmişik”.

İranın Ali Dini Lideri əlavə edib: “Bu gözlənilməz gözləntilər arasında Britaniya gəmimizi oğurlayaraq dəniz quldurluğu edir. Onlar cinayətlərinə də hüquqi don geyindirirlər”.

Mənbə: strateq.az