Rus bombardmançıları Finlandiya və İsveç qırıcıları qarşıladı – Video

Rus bombardmançıları Finlandiya və İsveç qırıcıları qarşıladı –  Video

Baltik dənizi üzərində kəşfiyyat uçuşu həyata keçirən Rusiya təyyarələrini Finlandiya və İsveç təyyarələri "qarşılayıb".

Olaylar.az bildirir ki, Rusiya Hava Qüvvələrinə aid iki TU-160 bombardmançı təyyarə Baltik dənizində beynəlxalq suları üzərində kəşfiyyat uçuşu həyata keçirib.

Rusiya təyyarələri 7 saat müddətində kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Finlandiya Hava Qüvvələrinə aid F-18 və JAS-39 təyyarələri, habelə İsveç Hava Qüvvələrinin F-16 model qırıcıları rus təyyarələrini yaxından təqib edib.

Rusiya Müdafiə Nazirliyi gecə saatlarında məsələ ilə bağlı açıqlama verib. Açıqlamada uzun mənzilli rus təyyarələrinin planlı şimal qütbü, şimal Atlantika, Qara dəniz və Baltik dənizi kimi neytral ərazilərdə planlı uçuşlar həyata keçirdiyini və bunun beynəlxalq hava sahəsi şərtlərinə uyğun olduğunu açıqlayıb.

Mənbə: olaylar.az