“Gördüyümüz işlər ən pis ssenarilərin baş verməsinə mane olub” - Makron

“Gördüyümüz işlər ən pis ssenarilərin baş verməsinə mane olub” - Makron

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə gərginliyi azaltmaq üçün ABŞ, Rusiya və iranlı həmkarları ilə baş tutacaq görüşdən danışarkən deyib.

Onun sözlərinə görə, bu həftə Donald Tramp, Vladimir Putin və Həsən Ruhani ilə Yaxın Şərqdəki gərginliyi azaltmaq üçün danışıqlar aparılacaq.

“Hesab edirəm ki, son bir neçə həftə ərzində gördüyümüz işlər ən pis ssenarilərin baş verməsinə mane olub. Bu çətin şəraitdə biz vasitəçilik və danışıqlar prosesini davam etdirəcəyik”, - deyə Makron bildirib.

Sevinc Əliyeva

Mənbə: ordu.az