İraqda Türkiyə ordusunun əsgəri şəhid olub

İraqda Türkiyə ordusunun əsgəri şəhid olub

İraqın şimalında PKK terrorçularının yerləşdirdiyi partlayıcı qurğunun işə düşməsi nəticəsində ağır yaralanan bir əsgər şəhid olub.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində ağır yaralanan bir əsgər dərhal xəstəxanaya yerləşdirilib. O, xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq şəhid olub.

Qeyd olunur ki, bölgədə əməliyyatlar davam etdirilir.

Sevinc Əliyeva

Mənbə: ordu.az