Tramp bu sözlərin düzgün yazılış qaydasını bilmir

Tramp bu sözlərin düzgün yazılış qaydasını bilmir

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trampın ingilis dilindəki bəzi sözlərin düzgün yazılış qaydasını bilmədiyi üzə çıxıb.

“Yeni Sabah” xarici mətbuata istinadən bildirir ki, prezidentin “Əl-Qaidə” və “insanlar” ifadələrini yaza bilmədiyi məlum olub.

Bu barədə məlumatı “Washington Post”un fotoqrafı Cabin Bostfor mediada işıqlandırıb. O, bildirib ki, Tramp ötən həftə iştirak etdiyi tədbirdə “Əl-Qaidə” (“Al Qaeda”) sözünü “Alcaida”, “İnsanlar” (“people”) kəliməsini isə “peopel” kimi yazıb.

Sabrina

Mənbə: yenisabah.az