Ukraynanın Azərbaycandakı səfiri və GUAM-ın baş katibi beynəlxalq arenada qarşılıqlı fəaliyyəti müzakirə edib

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatının (GUAM) baş katibi Altay Əfəndiyevlə görüşüb.

Bu barədə "Report"a səfirlikdən məlumat veriblər.

Görüş zamanı tərəflər Ukraynanın 2019-cu ildə təşkilata sədrliyinin prioritetlərini, ilk növbədə, azad ticarət zonasının və GUAM-ın nəqliyyat dəhlizinin işə salınması məsələsini, münaqişələrin həlli üzrə beynəlxalq arenada gələcək əməkdaşlığı, üzv dövlətlərin sektoral əməkdaşlıq proqramlarının həyata keçirilməsini, ölkələrin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər.

Ukraynalı diplomat vurğulayıb ki, səfirlik bundan sonra da GUAM-ın fəaliyyətinə fəal şəkildə dəstək verəcək.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Qusarda faciə: Şahdağa yürüş edənlərdən biri sürüşüb öldü

SONRAKI XƏBƏR

İranda yol qəzası, 13 nəfər ölüb