Türkiyə müdafiə naziri: "Heç kim Türkiyənin gücünü sınamağa cəhd etməsin"

Türkiyə müdafiə naziri: "Heç kim Türkiyənin gücünü sınamağa cəhd etməsin"

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyənin müdafiə naziri Hulusi Akar Kipr sahillərində aparılan qazıntı işlərilə bağlı Türkiyənin təhdid edilməsinə münasibət bildirib.

Hulusi Akar Avropaya Türkiyənin gücünü sınamamaları mövzusunda xəbərdarlıq edib.

Müdafiə naziri Türkiyənin özünün və kiprli türklərin haqqlarını müdafiə etməkdə qərarlı olduğunu, Türkiyənin heç bir vaxt başqalarının Kipr sahillərində və Aralıq dənizinin şərqində neft çıxarmalarına və ya Egeydəki proseslərə tamaşaçı qalmayacağını və öz haqqlarını kiprli türklərin haqqları ilə birlikdə müdafiə edəcəyini qeyd edib.

Akar buna görə də heç kimin Türkiyənin gücünü sınamağa cəhd etməməsi lazım olduğunu vurğulayıb.

Mənbə: eastnews.org