Tramp Rusiyadakı partlayışdan yazdı: “Bu, yaxşı deyil...”

Tramp Rusiyadakı partlayışdan yazdı: “Bu, yaxşı deyil...”

ABŞ Prezidenti Donald Trump Rusiyanın Arxangelsk şəhərindəki hərbi bazada partlayışla bağlı tvitter hesabında paylaşım edib.

Teleqraf.com xəbər verir ki, raket mühərrikinin sınaqları zamanı baş vermiş partlayışla bağlı Trump bunları söyləyib:

“Biz Rusiyadakı bu hadisədən çox şey öyrəndik. Bizim Rusiya ilə bənzər, amma daha təkmilləşmiş hərbi texnikamız var. Mərminin partlayışı təkcə hərbi obyektə yaxın insanlara deyil, uzaqdakılara da təsir edə bilərdi. Bu, yaxşı deyil”.

Rusiyanın Arxangelsk vilayətində hərbi məntəqələrin birində raket mühərriklərinin sınağı zamanı baş vermiş partlayışda 5 nəfər həlak olub.

Mənbə: teleqraf.com