Naxçıvan ordusuna “Həyəcan” siqnalı verilib - Video

Naxçıvan ordusuna “Həyəcan” siqnalı verilib - Video

Əlahiddə Ümumqoşun Ordunda həyəcan siqnalı verilib.

“Yeni Sabah” xəbər verir ki, “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən ƏÜO-nun 1-ci eşelonda yerləşən artilleriya və minaatan bölmələri qəfil yoxlanılıb.

Yoxlama zamanı “Həyəcan” siqnalı ilə qaldırılan bölmələr atəş mövqeyi rayonlarına və komanda müşahidə məntəqələrinə çıxarılaraq döyüş tətbiqinə hazırlanıb. Atəş mövqeyi rayonlarından planlı və plandankənar hədəflərə döyüş atışları icra edilib.

Sonra artilleriya və minaatan bölmələri ehtiyat atəş mövqeyi rayonlarına və komanda müşahidə məntəqələrinə yerdəyişmə edərək yeni aşkar olunmuş hədəfləri məhv ediblər. Qəfil yoxlama zamanı əsas diqqət bölmələrin döyüş tapşırıqlarını yerinə yetirməsinə, şəxsi heyətin funksional vəzifələrinin icrasına və ixtisas hazırlığı üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Mənbə: yenisabah.az