Zelenskidən şok qərar- Rusiyada siyasi təqiblərə məruz qalanlara Ukrayna vətəndaşlığı veriləcək

Zelenskidən şok qərar- Rusiyada siyasi təqiblərə məruz qalanlara Ukrayna vətəndaşlığı veriləcək

Ukraynanın prezidenti Vladimir Zelenski hökumətə Ukrayna vətəndaşlığı almaq istəyən Rusiya vətəndaşları üçün qaydaları sadələşdirəcək qanun layihəsinin hazırlanmasını tapşırıb.

Bu haqda fərman Ukrayna prezidentinin saytında dərc olunub. Yeni fərmana görə, Rusiyada siyasi təqiblərə qalanlara Ukrayna vətəndaşlığı veriləcək. Eyni zamanda “Ukraynanın milli təhlükəsizliyinin qorunmasında və müdafiəsində iştirak etmiş” xaricilər və vətəndaşlığı olmayan şəxslər üçün Ukrayna vətəndaşlığı almaq qaydaları sadələşdirilir.

Strateq.az

Mənbə: strateq.az