“İslami Cihad Hərəkatı” rəsmisi Qüdsün azad ediləcəyini bəyan etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Fələstinin “İslami Cihad Hərəkatı”nın rəsmilərindən olan Məhəmməd əl-Hindi işğalçı İsrail rejimi ilə mübarizədən danışıb.

O, açıqlamasında bildirib ki, İsrail rejiminin hazırda əsas hədəfi Əqsa məscididir.

“Bizim mübarizəmizin nəticəsidir ki, İsrail rejimi Əqsa məscidini tam olaraq ələ keçirə bilmir”, - deyə Məhəmməd əl-Hindi diqqətə çatdırıb.

Məhəmməd əl-Hindi qeyd edib ki, Qüds tezliklə azad ediləcək və fələstinlilər hamısı torpaqlarına qovuşacaqlar.

Eastnews.org

ƏVVƏLKİ XƏBƏR

İlan mələyən şoranlıqda Cənnət vahəsi: “Kurdemir Agro”

SONRAKI XƏBƏR

BKS-də mineral hasilatı üzrə sınaq aparılır