ABŞ-a köç edənlərlə bağlı yeni qanun qəbul edildi

ABŞ-a köç edənlərlə bağlı yeni qanun qəbul edildi

ABŞ-da oturum almaq istəyən köçkünlər üçün yeni kriteriyalar müəyyən olunub

Milli.Az bilge.az-a istinadən bildirir ki, Donald Tramp administrasiyası ABŞ-da immiqrantların daimi oturum haqqı və vətəndaşlıq əldə edə bilməsi üçün yeni kriteriyalar müəyyənləşdirib. Yeni qaydaların müəyyənləşməsiylə, ölkədə qanuni şəkildə qalan və bir ildən çox müddətə qida və sığınacaq kimi sosial yardımlar alan miqrantların bu haqlardan yararlanması çətinləşib.

İnsan haqları təşkilatları qərarın ədalətsiz şəkildə aşağı gəlirli miqrantları hədəflədiyini bildirirlər.

Yeni qaydalar çərçivəsində, miqrantların gələcəkdə sosial yardım almağa davam etmək ehtimalları olarsa, "green card", davamlı oturum haqqı və vətəndaşlıq müraciətləri rədd edilə biləcək.

Bazar ertəsi günü mətbuat konfransı təşkil edərək yeni qaydaları ictimaiyyətə açıqlayan ABŞ Vətəndaşlıq və Mühacirət Qurumunun sədr müavini Ken Cuççinelli bildirib ki, gəlir səviyyəsi, təhsil, yaş və ingilis dili səviyyəsi "Green card" müraciətlərinin dəyərləndirilməsində təsirli olacaq, qərar verilərkən bunların hamısı nəzərə alınacaq.

Milli Köç Hüquq Mərkəzi (NILC) qaydaların həyata keçirilməməsi üçün Tramp administrasiyasını məhkəməyə verəcəyini bildirib.

Yeni qaydalardan ən çox kimlər təsirlənəcək?

15 oktyabrda həyata keçiriləcək yeni nizamnamədən ABŞ-da hazırda oturum icazəsiylə yaşayan immiqrantların təsirlənməyəcəyi gözlənilir.

 

Mühacirlər və sığınacaq üçün müraciət edənlər də bu çərçivədə nəzərdə tutulmayıblar.

Ancaq viza və oturum icazəsini uzatmaq istəyənlərin və vətəndaşlıq müraciəti edənlərin yeni qaydalardan təsirlənəcəyi bildirilir.

Qaydaların ən çox Latın Amerika əsilli immiqrantlara təsir edəcəyi deyilir.

Ağ Evdən verilən açıqlamada bildirilib ki, mövcud sistem ailə əlaqələri olan immiqrantlar üçün avantajlı olacaq, bundan belə, "özü özünü təmin edən və ictimai mənbələri çətinə salmayan" şəxslərə üstünlük veriləcək.

Milli.Az

Mənbə: news.milli.az