Ermənistan Obamaya verməyə pul axtarır: 1 milyon dollar...

Ermənistan Obamaya verməyə pul axtarır: 1 milyon dollar...

 

Cari ilin 6-9 oktyabrtarixlərində İrəvanda Beynəlxalqİnformasiya Texnologiyaları Konqresinin keçirilməsi planlaşdırılır.

Moderator.azeməni mənbələrinə əsasən xəbər verir ki, konqresdə informasiya texnologiyasıüzrə mütəxəssilərlə yanaşı, dünya şöhrətli bəzi siyasətçilərin də iştirak edəcəyiehtimal olunur. Lakin Ermənistan üçün xüsusi əhəmiyyət kəsb edən fiqurun - ABŞ-ın sabiq prezidenti Barak Obamanın İrəvanagəlib-gəlmədiyi sual altındadır.

Məsələ bundadır ki, İrəvanObamanın Ermənistana səfərini təmin etmək üçün keçmiş prezidentə 1 milyondollar, daha dəqiq desək 800 min dollara qədər vəsait ödəməlidir. Bu, yarımsaatlıq nitqə görə sabiq prezidentin müəyyən etdiyi konkret məbləğ hesabedilir. Rəsmi İrəvan isə bu məbləği yüksək hesab edir. Odur ki, Obamanın oktyabr ayında İrəvanda keçiriləcək bu toplantıyaqatılıb-qatılmaması qəpiyə güllə atan Ermənistanın bu pulu təşkil edib-etməyəcəyindənasılı olacaq.

 

 

Obamanın bu tədbirdəiştirakına təbliğati baxımdan böyük əhəmiyyət verən İrəvanın yarım saata görə 1milyon dollardan imtina edib-etməyəcəyi zaman göstərəcək. Bu gün üçün məlumolan həqiqət isə İrəvanın dollar axtarışını ümidsizcə davam etdirməsidir.

 

 

 

Seymur ƏLİYEV

 

 

 

 

Mənbə: moderator.az