"Düşməndən geri alınmış ərazilərimizi qarış-qarış gəzdik" - hərbi ekspert Qazaxdakı uğurlarımızı təsdiqlədi

"Düşməndən geri alınmış ərazilərimizi qarış-qarış gəzdik" - hərbi ekspert Qazaxdakı uğurlarımızı təsdiqlədi

Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, hərbu ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov iyulun 24-də təlim uçuşu zamanı Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsinin "qara qutu"sunun analizi ilə bağlı bu gün verilən rəsmi açıqlamaya və Dövlət Sərhəd Xidmətinin Qazax rayonu istiqamətində Ermənistanla sərhəddə mövqelərimizin irəli çəkməsinə münasibət bildirib.

Eurasia Diary xəbər verir ki, o, özünün feysbuk hesabında bunları yazıb:

"Əziz dostlar! Hörmətli həmkarlar!
Bu gün Azərbaycan sərhəd mühafizəsinin 100 illiyi ilə əlaqədər bir qrup veteranlar və hərbi sahə ilə bağlı ekspertlər Dövlət Sərhəd Xidmətinin Qazax Sərhəd Diviziyasının şəxsi heyəti ilə görüş keçirdilər. Tədbirə dəvətlilər arasında mən də var idim. İnanın ki, gördüklərimdən, eşitdiklərimdən o qədər sevincliyəm ki, hətta bizim Müdafiə Nazirliyinin bu gün açıqladığı məlumatdan dolayısı xəbər məni zərrə qədər TƏƏCCÜBLƏNDİRMƏDİ və bəri başdan deyirəm ki, çox-çox AYIBLAR olsun ŞOUMENLƏRƏ. Bu CİDDİ HADİSƏ ilə bağlı mən yəqin ki, yaxın saatlarda əlavə məlumat verəcəyəm. Hələliksə onu deyim ki, Qazax istiqamətində o MÖHTƏŞƏM İŞLƏRİ görən ƏSGƏR balalarımızın zəhmətkeş əllərindən ÖPÜRƏM. Zabit və generallarımızı BAĞRIMA BASIRAM. Xüsusi təşəkkürlər başda DSX komnadanlığı olmaqla hər bir kəsə. Düşməndən geri alınmış ərazilərimizi qarış-qarış gəzib qəhrəman əsgər və zabitlərimizlə ən ön nöqtələrdə belə ətraflı söhbət etdik. Mühəndis istehkam işlərini aparan bütün insanlara minnətdarlıq deyil, XALQ ALĞIŞI düşür. Var olun. Uğurlarımızın davamı olsun.
Tanrı Azərbaycanımızı qorusun!
Tanrı Silahlı Qüvvələrimizi qorusun!!"

Mənbə: ednews.net