Trampdan ABŞ şirkətlərinə göstəriş –"Çini tərk edin"

ABŞ prezidenti Donald Tramp deyib ki, o Çinlə ötən il ərzində dünyanın maliyyə sistemini silkələmiş ticarət mübahisəsi ilə əlaqədar Amerika şirkətlərinə Çini tərk etmək göstərişi verib.

Tramp avqustun 23-də Twitter-də yazıb:

“Bizim möhtəşəm Amerika şirkətlərimizə, VƏTƏNƏ qayıtmaq və məhsullarını ABŞ-da buraxmaq da daxil dərhal Çinə alternativ axtarmaq göstərişi verilib”.

Tramp hüquqi baxımdan ABŞ şirkətlərindən Çini dərhal tərk etmələrini tələb edə bilməz.

O bu göstərişinin necə icra olunacağını izah etməyib, lakin bildirib ki, avqustun 23-də Çinin ABŞ məhsullarına rüsum qoymasına az sonra cavab verəcək.

Çin ABŞ məhsullarına rüsumların artırılmasına dair qərarı Trampın ABŞ-a ixrac olunan Çin məhsullarına rüsumları artırmasından sonra qəbul edib.

Tramp habelə avqustun 23-də deyib ki, o FedEx və Amazon da daxil Amerikanın sifarişləri çatdırma xidmətlərinə Çindən opioid ağrıkəsici fentanil preparatının gətirilməsinin dayandırılmasını əmr edib.

Çin Trampı iki ölkə arasında ticarət mübahisəsində fentanil çəkişməsindən siyasi silah kimi istifadədə ittiham edib.

Tramp bundan əvvəl demişdi ki, ticarət müharibələrində qalib gəlmək asandır. (azadliq.org)

Strateq.az

ƏVVƏLKİ XƏBƏR

“Beşiktaş” ilk qələbəsini qazanıb

SONRAKI XƏBƏR

Ukraynanın Azərbaycandakı səfirliyində bu ölkənin Milli bayramı - Bayraq Günü qeyd edilib