Ukraynanın Azərbaycandakı səfirliyində bu ölkənin Milli bayramı - Bayraq Günü qeyd edilib

Ukraynanın Azərbaycandakı səfirliyində Azərbaycanda yaşayan ukraynalıların iştirakı ilə ölkənin Milli bayramı - Bayraq Günü qeyd edilib.

APA Ukrayna səfirliyinə istinadən xəbər verir ki, tədbirdə Ukrayna bayrağı təntənəli şəkildə qaldırılıb, ölkənin himni səsləndirilib.

Tədbirdə çıxış edən Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski iştirakçılara Bayraq Günü münasibətilə təbrikini çatdırıb.

O bildirib ki, dövlət bayrağı müasir şəraitdə Ukraynanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və Avropa xalqları arasında gələcəyi naminə ölkənin keşiyində duran insanların cəsarət və fədakarlığını ifadə etməyə davam edir.

Tədbirdə, həmçinin Ukraynanın xalq mahnıları ifa olunub.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Qarsda benzin qaçaqçılığı edən azərbaycanlılar saxlanılıb

SONRAKI XƏBƏR

"Bavariya" Levandovski ilə yeni müqavilə imzalayır