Bütün Qafqazın Şeyxi Çeçenistanda - VİDEO

Bütün Qafqazın Şeyxi Çeçenistanda - VİDEO

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Çeçenistan səfəri çərçivəsində bu ölkənin başçısı Ramzan Kadırovla görüşüb.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Millət vəkili Cavanşir Paşazadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Müfti Hacı Salman Musayev və İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Bin Əhməd Əl Useym də iştirak ediblər.
Bütün Qafqazın Şeyxi Ramzan Kadırova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci-vitse prezident Mehriban Əliyevanın salamlarını çatdırıb.
Görüşdə diqqət çəkən məqam isə Ramzan Kadırovun Bütün Qafqazın Şeyxinə etdiyi ehtiram olub.
Qeyd edək ki, Rusiya Federasiyası Çeçenistan Respublikasının Çeçenistanın Şali şəhərində Avropanın ən iri məscidi istifadəyə verilib.

Tədbirdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı digər ölkələrin nümayədələri də qatılıb.

Mənbə: www.realtv.az