Təhlkəsizlik Xidmətinin rəhbəri narkotikləri Rusiyaya satmağı təklif edib

Təhlkəsizlik Xidmətinin rəhbəri narkotikləri Rusiyaya satmağı təklif edib

Ukrayna Daxili İşlər Nazirliyinin toplantısında Təhlkəsizlik Xidmətinin rəhbəri Sergey Knyazov ilin əvvəlindən etibarən 5 tondan çox narkotik ələ keçirildiyini bildirib.

Cebhe.info-nun xarici mətbuata istinadən xəbərinə görə, məsələ ilə bağlı S.Knyazov Ukrayna Maliyyə naziri Oksana Markarova müraciət edib:

“5 tondan çox narkotik bizdən alın, çünki pula çox ehtiyacımız var. Bunun üçün qanunda lazimi tənzimləmələri həyata keçirin. Mən hamısını topdan verəcəyəm, xahiş edirəm. Bu malları Rusiyaya yollayın. Orada Daxili İşlər Nazirliyinin təyyarələri ilə satırlar”.

Bu təklifin qarşısında O.Markarova gülümsənərək, cavab verib: "Gülməlidir, amma hüquqi tənzimləmə olmadan mümkün deyil".
Xatirə
Cebhe.info

 

 

Mənbə: cebhe.info