Paşinyan nüfuzdan düşüb - Ermənilər etiraf edir

 Paşinyan nüfuzdan düşüb -  Ermənilər etiraf edir

“Yerevan Today” xəbər portalı Ermənistan əhalisi arasında sorğu keçirib. Azvision.az -ın məlumatına görə, sorğuda iştirak edən İrəvan sakinləri bildiriblər ki, artıq Ermənistanda yaşamaq dözülməz hal alıb. Sakinlər daha çox maddi problemlərdən və işsizlikdən şikayətləniblər.

Diqqətə çatdırılıb ki, hazırki ölkə rəhbəri Nikol Paşinyan xalqa verdiyi vədlərin heç birinə əməl etməyib, insanlar aclıq və səfalət içində yaşayırlar. Yeni iş yerləri açılmır, gənclər və orta yaşlı insanlar işləmək üçün xarici ölkələrə üz tuturlar.

Ümumilikdə isə respondentlərin 75 faizi yeni hökumətə inanmadığını bəyan edib. Adıçəkilən KİV sorğunun nəticələri əsasında “Paşinyan xalq arasında nüfuzdan düşüb” adlı yazı dərc edib.

Mənbə: azvision.az