Ölkəsinin Aya eniş etdiyini zənn edən politoloq gülünc vəziyyətə düşdü

Ölkəsinin Aya eniş etdiyini zənn edən politoloq gülünc vəziyyətə düşdü

"Hindistan Kosmos Araşdırma Qurumu" (İSRO) adına açılmış saxta bir hesab Hindistanın Ayın şimalına göndərdiyi "Çandrayan-2"-nin Aya eniş etdiyini və Aya eniş edən ilk ölkə olduqlarını bildirən paylaşım edib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, hindli politoloq Hema Malini profilin saxta olduğunu bilmədən bu paylaşımı öz profilində paylaşıb və təbrikə qoşulub. Nəticədə o, izləyiciləri qarşısında gülünc vəziyyətə düşüb. İzləyicilər "bir politoloq hadisələrdən necə xəbərsiz olar bilər?" deyə şərhlə yazıblar.

Hadisədən sonra İSRO rəsmi hesabından quruma aid olan rəsmi hesabların linkləri paylaşılıb və saxta hesablara aldanmamaq vurğulanıb.

Mənbə: faktor.az