İsrail baş naziri Rusiyaya səfər edəcək

İsrail baş naziri Benyamin Netanyahu carı həftənin cümə axşamı günü Rusiyaya səfər edərək, prezident Vladimir Putinlə görüşəcək. SİA-nın verdiyi məlumata görə, Benyamin Netanyahu həftənin cümə axşamı günü Vladimir Putinlə görüşmək üçün Soçiyə səfər edəcək.

Məlumata görə, İsrail baş naziri bu səfər çərçivəsində Suriyada iki ölkə arasında koordinasiyanın həyata keçirilməsi və İranın bu ölkədəki rolunu müzakirə edəcəklər.

Qeyd edək, İsrail baş nazirinin Rusiyaya son səfər cari ilin fevralında Rusiya təyyarəsinin Suriya sahilində vurulmasından sonra baş tutmuşdu.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

“Amazon” yeni ödəniş sistemini yoxlayır: Müştərinin az vaxtı gedəcək

SONRAKI XƏBƏR

BOK prezidenti: Olimpiya dəyərlərinə sadiq gənc yaradıcı insanları görmək bizi ilhamlandırır