Paşinyanın ağlasığmaz qərarlar verir

Paşinyanın ağlasığmaz qərarlar verir

Son zamanlar Nikol Paşinyan proqnozlaşdırılması mümkün olmayan ən gözlənilməz olub və gözlənilməz, ağlasığmaz qərarlar qəbul edir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Past” qəzetində yazı dərc edilib.
Məlumata görə qəzet hökumətdəki mənbələrə istinadən yazır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan son vaxtlar öncədən proqnozlaşdırılmayacaq hala gəlib və istər siyasi, istərsə də digər sahələrdə çox ağlasığmaz ,uyğunsuz qərarlar verir.
Qəzetin əldə etdiyi məlumata əsasən yazdığına görə, Paşinyan səfərlərinin gündəliyini belə gizli saxlamağa başlayıb. Bəzən hətta təhlükəsizlik işçiləri belə ölkənin baş nazirinin, - istərsə şəxsi görüş, istərsə də regional ziyarət olsun, hara getdiyindən son anda xəbər tuturlar. Bunun nəticəsidir ki, belə hallarda nəinki təhlükəsizlik işçiləri, həm də protokolun məsul şəxsləri gərgin vəziyyətdə olurlar. Üstəlik, bəzən son anda planlaşdırılan ziyarətin cədvəlində də dəyişiklik edildiyinə dair sübutlar da var. Nəşrin məlumatına görə, xüsusilə, bu hal Jermuka son səfər zamanı baş verib.

Mənbə: sia.az