Bölgədə sular durulmur - Savaş gərginliyi

Bölgədə sular durulmur - Savaş gərginliyi

Şimali Koreya ABŞ-la nüvə danışıqlarının davam etdirilməsinə razılıq verməsindən dərhal sonra yenidən qısamənzilli raketlərin sınağına başlayıb.

Teleqraf.com xəbər verir ki, Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahı Şimali Koreya Kaeçon şəhəri yaxınlığından Şərq dənizinə iki raket atdığını açıqlayıb.

Hər iki raketin 330 km məsafə qət etdiyi bildirildiyi halda, raketlərin dənizə düşüb-düşmədiyi məlum deyil.

Cənubi Koreya və ABŞ kəşfiyyatının sınağı keçirilmiş raketlərin növünü araşdırdığı bildirilib.

Rəsmi Seul sınaqlardan dərhal sonra Pxenyanı bölgədə vəziyyəti gərginləşdirəcək addımlardan imtina etməyə çağırıb və Milli Təhlükəsizlik Şurasının təcili iclasını keçirib.

Mənbə: teleqraf.com