ABŞ-ın Kremldəki casusu işdən qovuldu

ABŞ-ın Kremldəki casusu işdən qovuldu

Eastnews.org-un verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları ilə Rusiya Federasiyası rəhbərlikləri arasında gərginliyin davam etdiyi vurğulanır.

Bildirilir ki, Kreml sarayındakı Putinin ofisində işləyənlərdən biri ABŞ casusu olub.

"Prezident Donald Trampın yanlış siyasəti səbəbilə casus geri çəkilmək məcburiyyətində qaldı. Belə ki, 2017-ci ildə Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla ABŞ-dakı səfir Sergey Kislyak arasında gizlin görüş keçirilib. Gizlin görüşdə Lavrov Rusiyanın ABŞ-dakı səfirinə Suriyadakı İŞİD terrorçuları barəsində İsraildən aldığı məlumatları çatdırıb. Eyni iclasın mövzusu barəsində ABŞ Prezidenti Donald Trampın məlumatları yayması Kremldəki casusun ifşa oluna biləcəyinə səbəb olub. Dərhal casusa geri çəkilməsi və bir müddət işləməməsi tövsiyə edilib", - deyə CNN telekanalı yaydığı iddiada diqqətə çatdırıb.

Bundan sonra Rusiyada fəaliyyət göstərən "Kommersant" qəzeti bu şəxsin Oleq Smolenkov ola biləcəyini yazıb.

Qeyd olunur ki, sözügedən Kreml işçisi 2017-ci ildə Albaniyaya ailəsilə birgə gedib və ondan bu günə qədər xəbər almaq mümkün olmayıb.

İddialara Kreml mətbuat katibi Dimitri Peskov da münasibət bildirib.

O, Smolenkov adlı şəxsin Kremldə çalışdığını təsdiqləyib və 2017-ci ildə işdən qovulduğunu sözlərinə əlavə edib.

Mənbə: Türk mediası

Mənbə: eastnews.org