İsrail təyyarələri Qəzzaya hava zərbələri endirib, yaralananlar var

İsrail təyyarələri Qəzzaya hava zərbələri endirib, yaralananlar var

Qəzzanın mərkəzi hissəsində Dir-Bələh bölgəsi də bir neçə zərbəyə məruz qalıb...

İsrail təyyarələri bu gün sübh Qəzzanın müxtəlif bölgələrinə aviazərbələr endirib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İsrail təyyarələri bu gün sübh Qəzzanın şimalında Beyt-Hanun rayonu ərazisini 3 hava zərbələrilə hədəfə alıblar.

Məlumata görə hava zərbələri Fələstin hərəkatlarının mövqelərini hədəfə alıb.

Qəzzanın mərkəzi hissəsində Dir-Bələh bölgəsi də bir neçə zərbəyə məruz qalıb.

Yaralananların olduğu bildirilir.

Qeyd edək ki, ötən gün Aşdod rayonunda çıxış edən Benyamin Netanyahu Qəzzadan atılan raketlərdən dərhal sonra toplantını tərk etmiş və sığınacağa getmişdi. İsrail baş naziri Benyamin Netanyahu ötən gün Knesset seçkilərinin təbliğat kompaniyası çərçivəsində çıxışı zamanı israillilərə vəd edib ki, ölkəsinin suverenliyini İordan çayının qərb sahilinin bəzi bölgələrində də təmin edəcək.

Mənbə: www.interaztv.com