Ər-Riyad İƏT-in fövqəlada iclasını çağırır

Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri səviyyəsində təcili iclasını çağırır.

Bu barədə SPA xəbər agentliyi məlumat verib.

Səudiyyə tərəfinin narazılığına İsrail rejiminin baş naziri Benyamin Netanyahunun Fələstində "İordan vadisinin ABŞ ilə koordinasiya edilmiş ilhaqı" ilə bağlı verdiyi açıqlamalar səbəb olub.

“Təl-Əvivin mövqeyi əsassızdır və Fələstin xalqı üçün ciddi təhlükə yaradır. İsrail beynəlxalq qanunları və BMT nizamnaməsini açıq şəkildə pozur. Netanyahunun sözləri Yaxın Şərqdə ədalətli və uzunmüddətli sülh yolu ilə nizamlama səylərini heçə endirir”, - deyə məlumatda bildirilir.

Səudiyyə hakimiyyəti dünya birliyini İsrail baş nazirinin açıqlamalarını pisləməyə çağırdı.

Xatırladaq ki, İsrail Knessetinə növbədənkənar seçkilərdə qalib gələcəyi təqdirdə, Netanyahu qısa müddət ərzində İordaniya Vadisini Fələstindən işğal edəcəyinə söz verib.

 

Eastnews.org

ƏVVƏLKİ XƏBƏR

Türkiyə Prezidentinin mətbuat katibi: F-35 proqramından imtina etməmişik

SONRAKI XƏBƏR

DST Avropa ölkələrini səhiyyə sahəsində qeyri-bərabərliyi azaltmağa çağırır