Senator İsraili işğalçılıqda ittiham etdi

Eastnews.org-un verdiyi xəbərə görə, amerikalı senator Berni Sanders işğalçı İsrail rejiminin Baş Naziri Benyamin Netanyahunun açıqlamasına münasibət bildirib.

O, açıqlamasında vurğulayıb ki, İordan vadisi barəsində planlar beynəlxalq hüquqa ziddir.

"Bütün hüquq tərəfdarı olan dövlətlər İordan vadisindəki torpaqların ilhaq edilməsinə etiraz etməlidirlər", - deyə Berni Sanders diqqətə çatdırıb.

Senator qeyd edib ki, ABŞ bu məsələdə İsrail rejiminin yanında olmaqla böyük səhvə yol verir.

Eastnews.org

ƏVVƏLKİ XƏBƏR

“McDonald's” yeni avtomatlaşdırma texnologiyasını alıb

SONRAKI XƏBƏR

Ər-Riyad İƏT-in fövqəlada iclasını çağırır