Türkiyə Prezidentinin mətbuat katibi: F-35 proqramından imtina etməmişik

Türkiyə Prezidentinin mətbuat katibi: F-35 proqramından imtina etməmişik

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın, F-35 proqramından imtina etmədikləri barədə açıqlama verib.

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə toplanan Prezident Hökumətinin gündəmi ilə bağlı bəyanatlar verən Kalın, "F-35 proqramından imtina etmiş deyilik, Türkiyəni o proqramdan çıxarmaq asan bir şey də deyil. Əvvəl-axır bu böhranın aşılacağına inanırıq",- deyib.

Kalın bildirib ki, Prezident Ərdoğan "Fəratın şərqində baş verən prosesləri yaxından izləməyi davam etdirəcəklərini" deyib. O, İdlibdəki prosesləri bütün birliklərin yaxından izləməyə davam etdiklərini də söyləyib.

Türk diplomat İdlibdə çox mühüm bir vəzifə icra etdiklərini bildirərək, bazar ertəsi günü (16 sentyabr - red.) Prezident Ərdoğanın rəhbərliyində Ankarada keçiriləcək üçtərəfli görüşdə bu məsələlərin müzakirə olunacağını bildirib.

Kalın beynəlxalq cəmiyyətin İdlib mənşəli yeni bir köç dalğasının qarşısının alınmasını istəyirsə, həm siyasi, həm humanitar, həm də maliyyə sahələrində üzərinə düşən öhdəlikləri mütləq yerinə yetirmək məcburiyyətində olduğunu bildirib O, "Əks halda təkbaşına Türkiyənin bu məsuliyyəti daşımasını gözləmək nə doğrudur, nə haqlıdır, nə də ədalətli yanaşma olacaq",- deyib.

Mənbə: eastnews.org