KİV: Tramp Pentaqon rəhbərinin təyinatı vaxtı Makmasterlə məsləhətləşirdi

KİV: Tramp Pentaqon rəhbərinin təyinatı vaxtı Makmasterlə məsləhətləşirdi

Ordu.az xəbər verir ki, bu barədə şəxsi mənbələrə istinadən "NBC" televiziya şirkəti bildirib.

Tramp ilk zəngi bir il əvvəl edib. O, milli təhlükəsizlik məsələsi üzrə müşavir postunda Makmasterin çalışmasının zəruri olduğunu etiraf edib.

Prezident müxtəlif məsələlər, həmçinin ABŞ-ın müdafiə naziri vəzifəsinə ən layiqli namizəd haqqında məsləhətlər alıb.

Xatırladaq ki, dünən Con Boltonun ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsindən istefası məlum olub.

Sevinc Əliyeva

Mənbə: ordu.az