İbrahimbəyov Bakıya gələndə kimsə soruşmadı ki... - Deputat

İbrahimbəyov Bakıya gələndə kimsə soruşmadı ki... - Deputat

Mövzunun seçilməsi və layihənin hazırlanmasında iştirakımız olub. Əlbəttə, problemlər var və bunlar da müzakirə edilməlidir.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri Qüdrət Həsənquliyev “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda müzakirə zamanı deyib.

BAXCP sədri YAP-ın icra katibi Əli Əhmədova son müsahibəsinə görə təşəkkür edib.

Qüdrət Həsənquliyev əlavə edib ki, siyasi proseslərə kənar müdaxilə hər zaman aktual olub: “Prezident seçkilərində İbrahimbəyov Azərbaycana gəldi, hamı onun başına toplaşdı. Sonda nə baş verdi? Bir adam ondan soruşmadı ki, hansı ölkənin vətəndaşısan? Biz bunları görə-görə gəlmişik.

Sərdar Cavadoğlunun narazılığına cavab olaraq deyirəm ki, bəyanat layihəsi heç də birbaşa seçkilərlə bağlı deyil.

Bu yaxınlarda bir zamanlar AXCP-nin beynəlxalq əlaqələr şöbəsinə rəhbərlik etmiş Qorxmaz Əsgərov məqalə ilə çıxış edib. Orada açıq qeyd edilir, seçki zamanı AMİP sədrini ona görə dəstəkəyiblər ki, Milli Demokratiya İnstitutu belə istəyib. Bu, faktiki bir siyasi partiyanın xarici təşkilatın istəyi ilə başqa siyasətçini dəstəkləməsidir.

İkincisi, radikal mövzu haqqında danışıldı. Baxın, Əli Əliyev, Pənah Hüseyn, elə Sərdar Cəlaloğlunun özü də çox radikal çıxışlar edir. Amma bu, ciddi narazılıq yaratmır. Amma xaricdən sizi də yönəltsələr, cəmiyyət sizə qarşı dözümsüz olmalıdır”.

BAXCP sədri əlavə edib ki, islahatların aparılmasının tərəfdarıdır.

Mənbə: axar.az