İsveç Netanyahunun seçki öncəsi vədlərini pislədi

İsveç Netanyahunun seçki öncəsi vədlərini pislədi

Eastnews.org-un verdiyi xəbərə görə, İsveç İsrail rejimi baş naziri Benyamin Netanyahunun "İordan vadisi və Ölü dənizin şimalını ilhaq edilməsi üçün" verdiyi seçkiqabağı vədini pisləyib.

Bu barədə SVT televiziya kanalının efirində İsveçin yeni Xarici İşlər naziri Ann Linde çıxış edib.

Linde Netanyahunun sözlərini “Son dərəcədə uğursuz” adlandırıb.

“Avropa Birliyi və bütün dünya ictimayəti bu hərəkətləri beynəlxalq hüquqa zidd adlandırır. Fələstin-İsrail münaqişəsinin həlli "iki xalq üçün iki dövlət" prinsipinə əsaslanmalıdır”, - deyə İsveçin Xarici İşlər naziri qeyd edib.

Mənbə: eastnews.org