Basayevin adamını Berlində kim öldürüb? – ABŞ

Basayevin adamını Berlində kim öldürüb? – ABŞ

ABŞ hesab edir ki, Gürcüstan vətəndaşı Zəlimxan Xanqoşvilinin Berlində qətlinin arxasında Rusiya hakimiyyəti dayanır.

Axar.az xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” öz mənbəsinə istinadən yayıb. O, Xanqoşvilini qətlə yetirən killer üçün Avropaya pasportu yalnız Rusiya hökumətinin verə biləcəyini deyib.

Qeyd edək ki, Xanqoşvili avqustun 23-də qətlə yetirilib. Polis killerin onu səsboğucu taxılmış “Qlok 26” tapançasıyla qətlə yetirdiyini bildirib.

Xanqoşvili Şamil Basayev və Aslan Məshədovun yaxın adamlarından biri olub. Çeçen müharibəsində iştirak edən Xanqoşvili burada 50-60 nəfərlik qruplardan birinə rəhbərlik edib.

Mənbə: axar.az