HDQ-də "Konflikt jurnalistikası məktəbi”nin auditoriya təlimi keçirilib

Müdafiə Nazirliyinin mətbuat xidmətindən

Ordu.az-a verilən məlunata görə, təlimdə çıxış edən zabitlər Hərbi Dəniz Qüvvələrinin yaranma tarixi, hərbi gəmilərdə rabitə və radiotexniki vasitələrdən istifadə qaydaları, suüstü və sualtı müşahidə sistemləri, dəniz təhlükəsizliyi və cavabdehlik zonası, döyüş gəmiləri haqqında məlumat veriblər.

Həmçinin təlim alanlara Hərbi Dəniz Qüvvələrinin komanda məntəqəsi haqqında da məlumat verilib. Bildirilib ki, bu məntəqə Hərbi Dəniz Qüvvələrinin idarə olunmasını həyata keçirir. Bununla yanaşı, suüstü şərait haqqında operativ informasiyaların Hərbi Dəniz Qüvvələrinə məxsus sahil və ada radiotexniki postlarda yerləşən radiolokasiya stansiyaları vasitəsilə alınaraq, real vaxt rejimində monitorlarda əks olunduğu haqqında məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Layihə iştirakçıları hərbi gəmilərin fəaliyyət istiqaməti, şəxsi heyəti, döyüş qabiliyyəti və davamlılığı haqqında ətraflı məlumat aldıqdan sonra, dənizçilərin sosial-məişət şəraiti, gündəlik iş rejimi və nizam-intizam qaydaları ilə tanış olublar.

Hərbi gəmilərlə tanışlıq başa çatdıqdan sonra layihə iştirakçıları şəxsi heyətlə birgə nahar ediblər.

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

OPEC+ çərçivəsində neft hasilatının azalması kvotaları artıra bilər

SONRAKI XƏBƏR

Yəməndə öldürülən uşaqların sayı açıqlandı