“Hraparak”: Ermənistan ABŞ-a görə İrana qarşı sanksiyalara qoşulacaq?

“Hraparak”: Ermənistan ABŞ-a görə İrana qarşı sanksiyalara qoşulacaq?

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “Hraparak” nəşri yazıb.

Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan son mətbuat konfransında “məxməri inqilab” ifadəsini dəfələrlə vurğulayıb.

Nəşrə görə, xüsusilə inqilabın məxməri olması Mnatsakanyanın çox xoşuna gəlir.

Məlumata görə, Mnatsakanyan bəyanatlarında “məxməri” sözünü böyük hərflə yazır və keçirilən mətbuat konfransında isə 5-6 dəfə məxməri inqilab ifadəsini işlədib.

“Mnatsakanyanın qeyd etdiyi məxməri inqilab onu Ermənistan Xarici İşlər naziri etməsindən əlavə, xarici siyasətə əlavə inqilabi dəyişikliklər də gətirib. Nümunə kimi Rusiyanın istəyi ilə Suriyaya humanitar hərbi heyət göndərilməsini göstərmək olar. Ermənistanın keçmiş hakimiyyəti bunun mənfi təsirlərini nəzərə alaraq, uzun müddət Suriyaya qoşun göndərməmək üçün ruslara qarşı müqavimət göstərib. Ancaq məxməri inqilabdan ruhlanan hakimiyyət Paşinyan və Mnatsakanyanın rəhbərliyi altında keçmiş hakimiyyətə qarşı çıxmağa qərar verərək, Rusiyanın istəyi naminə Suriyaya humanitar qoşun göndərməyi qərara aldı. Bu qərarın verilməsinə səbəb rusların xoşuna gəlmək, rəğbətini qazanmaq olub. Ancaq göründüyü kimi ruslar bu özünü “fərdi qurbanvermə” addımını lazımi şəkildə dəyərləndirmir. Əksinə, ruslara görə atılan bu addım, amerikalıların xoşuna gəlməyib və hər dəfə bunun baha başa gələcəyinə dair davamlı ismarıclar göndərməkdədirlər”, - deyə nəşr vurğulayır.

Nəşr bildirir ki, Ermənistan hakimiyyəti də hər iki super gücü razı salmaqla, tarazlığı qorumaq naminə İran məsləsində amerikalılara güzəştə getməyi qərara alıb və nəticədə Suriyaya qoşun göndərilməsini sığortalamaq üçün Ermənistanın İrana qarşı müəyyən sanksiyalarına qoşulub.

Qeyd olunur ki, bütün bu deyilənlər sual şəklində konfrans zamanı Mnatsakanyana ünvanlanıb. O, sualın çoxşaxəli olduğunu qeyd edərək, diplomatik cavab verməyə çalşıb. Ancaq verilən sualın mahiyyətini sətiraltı inkar etməyib. Bununla da qeyd edilən məlumatları təsdiqləyib. Yalnız, “heç kimin rəğbətini qazanmaq deyə bir problemimiz yoxdur” deməklə düzəliş edib.

Belə olan halda niyə məhz inqilabdan sonra Suriyaya qoşun göndərmək qərarına gəldiniz deyə sual verilərkən, Mnatsakanyan qeyd edib ki, Ermənistanın yanaşması süverenlik və milli maraqlara əsaslanır.

Erməni nazir bildirib ki, Ermənistan heç kimin rəğbətini qazanmağa çalışmır və hər hansı ölkənin maraqlarına cavab verən addım atmır. O, Suriyaya göndərilən hərbi heyətin milli maraqlara cavab verdiyini qeyd edib.

İrana qarşı tətbiq edilən sanksiyalara gəldikdə isə Mnatsakanyan qeyd edib ki, İran və ABŞ arasındakı münasibətlər də reallıqdır. Bu münasibətlərin konteksti və reallığı var.

“Budur bir daha bizim əsas funksiyamız milli maraqlarımızı bu mövzuda aydın görmək və reallıqlarla müqayisə etməkdir. Əlbəttə, müəyyən həqiqətləri gözardı edə bilmərik. İranla münasibətlər bizim üçün həm regional təhlükəsizlik, həm də milli təhlükəsizliyimiz baxımından vacibdir. Eyni zamanda ABŞ-la münasibətlərə də üstünlük veririk”, - deyə Mnatsakanyan bildirib.

Nəşrə görə, Mnatsakanyan “milli maraqlar”dan irəli gələrək, Suriyaya qoşun göndərə biləcəkləri ilə yanaşı, İrana qarşı sanksiyalara da qoşula biləcəklərinə işarə edib.

Erməni nazir, həmçinin bunun xarici siyasətə yönəlmiş, “milli maraqlar”a qarşı təhlükələri azalda biləcək fəaliyyət üçün çağırış olduğunu da etiraf edib. Konfrans zamanı Mnatsakanyana əvvəlki hakimiyyətin illərdir bu məsələyə müqavimət göstərdiyini və Suriyaya qoşun göndərmədiyi xatırladılıb. Niyə indi bunu milli maraq kimi qəbul etmək qərara alındı, deyə verilən suala Mnatsakanyan gülünc də olsa 2018-ci ilin may ayında yaradılan və 2019-cu ilin yanvar ayında yenidən təşkil edilən Ermənistan hökumətini təmsil etdiyini xatırladıb.

Alpər Mövludoğlu

Mənbə: ordu.az