Ermənistan XİN müavini Putinin gəlib-gəlməyəcəyini bilmir

Ermənistan XİN müavini Putinin gəlib-gəlməyəcəyini bilmir

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan bildirib.

O, jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan kimi Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyinin Ali İqtisadi şurasının iclasında iştirak etmək üçün Ermənistana gəlib-gəlməyəcəyini deməyə çətinlik çəkib.

Onun sözlərinə görə, bu kimi problemin varlığı yoxdur və gəlib-gəlməmək süni məsələdir.

“Qazax gələcək, yoxsa gəlməyəcək, yaxud qırğız gələcək, yoxsa gəlməyəcək desək, eyni şeydir. Belə bir problem yoxdur. Dövlətlər ən yüksək səviyyədə birgə qərar qəbul ediblər ki, oktyabrın 1-də iclas olsun”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu

Mənbə: ordu.az