SƏRKSYAN VƏ KOÇARYAN “AMULSAR İNQİLABI”NA BAŞLAYIRLAR:Paşinyan müdafiə taktikasına keçir – Araşdırma

SƏRKSYAN VƏ KOÇARYAN “AMULSAR İNQİLABI”NA BAŞLAYIRLAR:Paşinyan müdafiə taktikasına keçir – Araşdırma

Kurort şəhəri Cermukun sakinləri və ekoloji fəallar Amulsar qızıl mədəni ilə bağlı məsələni həll etmək üçün Ermənistan hökumətinə 10 gün vaxt veriblər. Hakimiyyət mədənin istismarını 20 sentyabra doğru yasaqlamasa, əhali vətəndaş itaətsizliyi aksiyasına başlayacaq. Həqiqətdə, bu, artıq gedir – baş nazir Nikol Paşinyan Cermuk sakinlərini mədənin yollarını bağlamağı dayandırmağa çağırıb.

Danışıqların predmeti artıq yoxdur. Cermukun və yan-yörəsinin sakinləri son günlərdə o qədər qəti mövqe tutublar ki, müzakirə etməyə nəsə yoxdur. “NG”-nin artıq yazdığı kimi, (20.08.19 tarixli saya bax), Ermənistan hökuməti hesab edir ki, qızıl ehtiyatına görə respublikanın ikinci mədəninin istismarı ekoloji fəlakətlə təhdid etmir.

Baş nazir Nikol Paşinyan Facebook-da dəfələrlə birbaşa yayımın gedişində hökumətin bu məsələyə yanaşımını əsaslandırmağa çalışıb. Bu, qısaca buna müncər olur ki, Amulsar dağında ictimai ekoloji hərəkatların iştirakı ilə iş proseslərinə gücləndirilmiş nəzarət mövcud riskləri cüziləşdirər. Çevrə üçün təhlükəninn azca əlaməti zamanı durum normallaşanadək işlər dayandırılacaq.Nikol Paşinyan “birbaşa xətt”in gedişində bildirib – milli sərvətə – Sevan (Göyçə-tərc.) gölünə və Cermuk mineral sularına heç bir təhlükə yoxdur.

Lakin Cermuk sakinləri öz mövqelərini yalnız sərtləşdiriblər: bütün infrastrukturu blokadaya alaraq və az qala, birbaşa təxribat hədəsi gəlməklə hakimiyyətə seçim qoymadan mədənin istismarını təcili durdurmağı tələb edirlər. Amma etirazın qeyri-formal lideri, ekoloq Şirak Buniatyan bu zaman aksiyaların dinc formasından – tətillərdən və hətta yerli məktəblilərin dərslərə mütəşəkkil gəlməyəcəyindən danışır. Anca bununla yanaşı eyham vurub: hökumət güc işlətməyə çalışarsa, onda özü tezliklə təəssüflənəcək. Buniatyan bildirib: “Biz inqilaba inanırdıq. İnqilab nəticəsində hakimiyyətə gələn adamlar antixalq qərar alsalar, bizim hamımıza böyük zərbə olacaq”.

Amulsarla bağlı münaqişə bəzi partiyaların spekulyasiya predmeti və populist hərəkəti olmaqla ölkənin siyasi meydanında əks olunmaya bilməzdi. Bəziləri cermukluları hökumətə təslim olmamağa çağıraraq hakimiyyətin yadına salırlar ki, Ermənistanı yalnız xalqın dəstəyi sayəsində yönəldiblər və indi “bu xalqı dinləmək və mənəvi borcu qaytarmağın vaxtıdır”. Başqaları hökuməti prinsipsizlikdə qınayırlar – indiki nazirlər müxalifətdə olarkən qabaqkı hökumətdən Amulsarda hasilatı dayandırmağı tələb ediblər, bu gün isə bunu özləri edirlər. Məxməri inqilab üzrə Paşinyanın bu yaxınlara qədər situativ müttəfiqi, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Sarukyan hökumətə xalqın iradəsini yubanmadan yerinə yetirməyi, Amulsarda işləri yığışdırmağı və bütün mübahisələri bitirməyi məsləhət görüb. Sement zavodunun və dağ mədəni sahəsində müəssisələrin sahibi, milyoner Sarukyan bildirib: “Adamlar hesab etsələr ki, mənim müəssisələrim çevrəyə ziyan vurur, mən özüm onları bağlamağa hazıram”.

Aydındır ki, bulanıq suda balıq tutmaq həvəskarları həmişə tapılır, amma Paşinyanın özü və nazirləri dəfələrlə vurğulayıblar ki, Amulsar mədəni üzrə qərar dəyişiləcək, ekoloqlar çevrəyə ciddi təhlükənin varlığı haqda, heç olmasa, nəzəri əsaslandırma təqdim etsələr, hasilat əlüstü dayandırılacaq. Bu, hələlik yoxdur, amma gümanlar və Ermənistan gerçəkliyindənsə fantastik blokbasterlərə (burada: ölkəni partladan-tərc.) daha çox bənzəyən qimayət gününün təsvirləri var. Nikol Paşinyan sosial şəbəkədə son “birbaşa xətt”in gedişində bildirib: “Biz iqtisadi təhlükəsizliyə və ölkənin ümumi təhlükəsizliyinə məhəl qoymaya bilmərik. Ekoloji, ya da başqa risklər yoxdursa, mədən istismar olunacaq. Bunlar üzə çıxarılıbsa, bu risklər aradan qaldırılandan sonra mədən istismar olunacaq. Bu riskləri aradan qaldırmaq mümkün deyilsə, onda Amulsar üzrə yeni layihə hazırlanıb qəbul edilənədək hasilat durdurulacaq. İndiki anda Amulsara görə sorumlu qurum qızılın təhlükəsiz hasilatına zamin durur”.

Müstəqil jurnalist David Petrosyan durumu şərh edərək “NG”yə bildirib ki, hüquqi baxımdan hökumətin mövqeyi güclüdür. Amma bununla yanaşı ekoloji ekspertizada bir neçə parametr yoxdur, buna görə də obyektiv incələmə vermək çətindir. Hələlik Sevan gölünə (Göyçə-tərc.) və onu qidalandıran Vorotan çayına deyil, onun bəzi xırda qollarına təhlükə var. “Hökumət sərt montorinq keçirməyi nəzərdə tutur. Ola bilsin, QHT və QKT-lərə bunda iştirak təklif edərlər. Mən hesab edirəm ki, keçmiş hökumət maraqlıdır ki, yataq ətrafında meydana çıxan gərginlik qurbanlar və ziyan çəkənlər olmaqla sərt münaqişəyə, ən yaxşısı, “ekoloqlar” və asayişi qoruyanlar arasında toqquşmaya keçsin. Deyilməlidir ki, hələlik məsələ buna da gedir, – Petrosyan “NG”yə deyib. – “Keçmişlər”ə Paşinyanın reytinqini vurmaq lazımdır, onlar ekoloqlara da buna görə pul ödəyirlər. Düşünürəm ki, Paşinyan hər halda durumu saxlayar, amma bu, asan olmayacaq. Durumun baş qarışdırıcıları keçmiş prezidentlər – dedi-qoduların kurort şəhəri Cermuk üzərində bütün müalicə evləri, sanatoriyalar və otellərə vəkalətli nəzarəti ayağına yazdığı Serj Sərkisyanın və sentyabrın 12-də ilk pillə məhkəməsində prosesinin başlanacağı gözlənilən Robert Koçaryanın çevrəsi və qohumlarıdır. Bax, “informasiya səs-küyü”nü də onun adamları təşkil edirlər…”.

Mənbə: strateq.az