Vahid Əhmədov Qubada seçicilərinin problemlərini dinlədi — FOTOLAR

Vahid Əhmədov Qubada seçicilərinin problemlərini dinlədi    — FOTOLAR

Millət vəkili Vahid Əhmədov Qubada seçiciləri ilə görüşüb.

Demokrat.az xəbər verir ki, işgüzar şəraitdə keçən görüşdə millət vəkili Milli Məclisin payız sessiyasında müzakirə edilməsi nəzərdə tutulan məsələlər haqqında danışaraq, Quba və regionda görüləsi nəzərdə tutulan işlər barəsindədə məlumat verib.

Görüşdən sonra baş tutan qəbulda 62 nəfər Quba və qonşu rayonlardan olan vətəndaşlar qəbul edilərək dinləniliblər.

Qəbul zamanı qaldırılan məsələlər sırasında mənzillə təmin edilmə, məhkəmə qərarlarının icrasındakı problemlər, tələbələrin təhsil haqlarının ödənilməsindəki çətinliklər, əlillik alınmasındakı süründürməçiliklər, torpaqların verilməsi və digər məsələlər olub.

Bütün məsələlər köməkçi tərəfindən qeydiyyata alınmış, deputatın tapşırığına uyğun olaraq həll variantları seçilib. İllərdir köhnə avtovağzalın özəlləşdirilməsi ilə bağlı yaranan mübahisə təsisçilərin xahişi nəzərə alınmaqla deputatın, vəkillərin və maraqlı tərəflərin iştirakı ilə araşdırılmış, uzun zaman əldə oluna bilməyən danışıqlar üçün razılaşma nəhayətki baş tutub.

Qəbuldan sonra rayonda icra olunan işlərlə tanış olan millət vəkili Xanagah yolunda Cağacıq çayı üzərində qurulan körpünün tikintisi işlərini yerində müşahidə edib.

Növbəti tanışlıq tikintisi demək olarki yekunlaşmış Quba-Qonaqkənd yolu olmuşdur. Sevindirici haldırki Qonaqkənd qəsəbəsinə qaz çəkilişidə yekunlaşmaq üzrədir. Əhali ilə ayaqüstü görüşən millət vəkili görülən bütün işlərə görə sakinlərin necə gözəl hislər keçirdiyinin şahidi olub.

Son illər Azəravtoyol şirkətinin respublika Prezidentinin sərəncamlarına uyğun olaraq Qubada yol tikintilərinin uğurla həyata keçirildiyi qeyd olunub. Əhali ölkə başcısına minnətdarlıqlarını catdırmağı millət vəkilindən xahiş edib.

Növbəti qəbul oktyabr ayına təyin olunub.

Mənbə: demokrat.az