Boltonun istefası münasibətlərimizi düzəltməyəcək – Peskov

Boltonun istefası münasibətlərimizi düzəltməyəcək – Peskov

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun vəzifəsindən azad edilməsi Moskva-Vaşinqton münasibətlərini korrektə etməyəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, Boltonun istefasının ABŞ-ın daxili işi olduğunu bildirib:

“Təkbaşına iki ölkənin münasibətlərini yoluna qoymaq alınmayacaq. Bunu yalnız ikilikdə etmək olar. Biz belə qarşılıqlı fəaliyyətə ümid edirik”.

Mənbə: axar.az