"Ənsarullah" lideri Yəməni dövrün Kərbəlası olaraq xarakterizə etdi

"Ənsarullah" lideri Yəməni dövrün Kərbəlası olaraq xarakterizə etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin "Ənsarullah" hərəkatının Baş katibi Seyid Əbdülməlik əl-Husi Aşura günü münasibətilə telekanal vasitəsilə çıxış edib.

Əbdülməlik əl-Husi çıxışında vurğulayıb ki, Yəmən xalqı İmam Hüseynin yolunu davam etdirir və zülmün qarşısında geri çəkilmir.

"On minlərlə yəmənli müharibədə ölüb, yaralanıb və evindən didərgin düşüb. Bu Yəmən xalqının necə məzlum olmasını sübut edir. Bu gün Yəmən dövrün Kərbəlasıdır", - deyə Seyid Əbdülməlik əl-Husi diqqətə çatdırıb.

O, bildirib ki, yəmənlilər bu gün Bəhreyn, Livan, Suriya, Fələstin, İran və İraqla həmrəylik içərisindədir.

"Biz İsrail kimi sionist dövlətə və ABŞ-a qarşıyıq. Bu mübarizədə ən çox zərbə alan və Yəmənə dəstək olan İran İslam Respublikasının da yanında olduğumuzu bir daha bəyan edirəm", - deyə Seyid Əbdülməlik əl-Husi sözlərinə əlavə edib.

Mənbə: eastnews.org