Razi Nurullayevdən iqtidar-müxalifət görüşünə reaksiya: “Gərək nəticəsinə də qatlanasan”

Razi Nurullayevdən iqtidar-müxalifət görüşünə reaksiya: “Gərək nəticəsinə də qatlanasan”

“Bu gün keçirilən iqtidar-müxalifət dialoquna, yaxınlaşmasına yönəlik dəyirmi masaya və iştirakçılarına münasibətim normaldır. Görülməli çox işlər var və birinci növbədə iqtidar partiyası öz daxilində aydınlıq yaratmalıdır ki, söz-söhbət yaranmasın”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nuurllayev bu gün siyasi partiyalar arasında keçirilən görüşə münasibət bildirərkən deyib.

“Birincisi, qeydiyyatlı partiya, qeydiyyatsız partiya yanaşmasını qəbul etmirəm. Hər ikisi iqtidarın kaprizindən asılı məsələdir. İkincisi, qeydiyyatı yoxdursa, qeydiyyata alın, aydınlıq gətirin. Qeydiyyata almırsınızsa, o zaman biz öz işimizi bilirik və uyğun qərar qəbul etmək də bizim səlahiyyətimizdədir.

Təbii ki, bu cür tədbirlərdə iştirak etmək üçün gözümüz atmır, amma ayrı-seçkilik etmək pis şeydir və gərək nəticəsinə də qatlanasan”,-deyə AXCP sədri vurğulayıb.

Cebhe.info

 

 

Mənbə: cebhe.info