Siyasi fəal Almaniyanı Honq Konqa silah satmamağa çağırır

Honq Konqlu demokratiya fəalı Coşua Vong Almaniyanı Çini dəstəkləməməyə və Honq Konq polisinə iğtişaş zamanı istifadə olunan silahların satışını dayandırmamağa çağırıb.

"Höküməti qınayan bəyanatlardan əlavə Almaniya Honq Konq polisinə iğtişaş silahlarının satışını və ixracını dərhal dayandırmalıdır," Vonq deyib. O, həmçinin Almaniyanı Çin və Honq Konqla insan haqları məsələsi gündəmə gətirilməyincə ticarət danışıqlarını dayandırmağa çağırıb.

Heç kim Sovet İttifaqının dağılacağını gözləmirdi. Heç kim Berlin Divarının uçuralacağını proqnozlaşdırmırdı.


Dünya üzrə insan haqları fəallarını Almaniya parlamentində toplamış tədbirdə iştirak etmək üçün bazar ertəsi axşam Berlinə gələn 22 yaşlı fəal, etiraz aksiyalarının şəhər hökumətinin mübahisəli yeni bir ekstradisiya qanunu çıxarmaq qərarına dözülməyəcəyinə söz verib.

"Üç onillik əvvəl heç kim Sovet İttifaqının dağılacağını gözləmirdi. Heç kim Berlin Divarının uçuralacağını proqnozlaşdırmırdı. İstəyimiz və qətiyyətimizlə dünyaya Honq Konq xalqının demokratiyaya layiq olduqları barədə xəbərdar etməyə ümid edirik," Vonq əlavə edib.

Vonqun fəal həmkarı Çonq Çinq Kvonq demokratiya üçün ən yüksək bədəli ödəməyə hazır olduqlarını söyləyib.

"Bizim və ya mənim ideyam uğrunda ölməyə hazır olub-olmamağımız sualına gəlincə demək istəyirəm ki, etirazçı tərəfdaşlarımıın etirz əlaməti olaraq intihar etməsini gğzləriml gördükdən sonra biz üzləşdiyimiz mübarizəylə baş verə biləcək bütün nəticələrə hazırıq."

Honq Konqda nümayişlər şübhəli şəxslərin məhkəmə qarşısına çıxarılması üçün Çinə ekstradisiya edilməsinə icazə verən qanun layihəsinin qarşısını almaq məqsədilə dinc etiraz olaraq başlayıb. Çinə ekstradisiyalara icazə verəcək mübahisəli qanun layihəsinin qarşısını almaq cəhdi daha sonra demokratik islahatlar naminə hərəkata çevrilib.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

Ermənistanda rusiyalı hərbçinin cəsədi tapıldı

SONRAKI XƏBƏR

Azərbaycanda "Qız Qalası. Qadın olmaq" adlı müasir incəsənət festivalı keçiriləcək