Ermənistanda “Mənəm” layihəsinin növbəti qurbanı: “Həkimlər əməliyyat etmirik dedilər”

Ermənistanda “Mənəm” layihəsinin növbəti qurbanı: “Həkimlər əməliyyat etmirik dedilər”

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paravyan layihənin əsas güzəştlərindən biri olan 1 həftəlik aylıq məzuniyyətindən məhrum edilib və daha sonra cərrahi əməliyyatı keçirdiyinə görə layihədən xaric edilib.

Bir müddət əvvəl Paravyan “Mənəm” layihəsi çərçivəsində hərbi xidmətin əsas güzəştlərindən biri olan 1 həftəlik aylıq məzuniyyətindən mərhum edildi. Hərbi qulluqçunun anası şikayət edərək bildirirdi ki, artıq üçüncü aydır ki, oğlunu evə buraxmırlar və onun səhhətində problemləri var.

Hərbi hissəyə getdikdən təqribən 1 ay sonra həkimlər hərbi qulluqçunu müayinə edərkən onun onurğa sütununda kista aşkar ediblər. Anası qeyd edib ki, səhhətində problemi olan oğlunu nə müalicə edir, nə də evə məzuniyyətə buraxırlar.

Erməni hərbi qulluqçu isə jurnalistlər ilə söhbəti zamanı bildirib ki, layihə çərçivəsində verilən məzuniyyət güzəştindən onu ilk dəfə may ayında mərhum ediblər. Buna səbəb kimi xəstə olmasını və döyüş növbətçiliyi aparılmasından təyin edilən vaxtdan tez qayıtmasını göstəriblər.

“Evə gəlməli olduğum birinci məzuniyyətimdə kəskin ağrılarım olduğuna görə postdan tez düşüdüyüm üçün buraxmadılar. Posta qalxmamısan buna görə də evə göndərmirik dedilər. Ancaq Xocalıdakı hospitala da göndərmədilər. Dedilər yer yoxdur ”, - deyə Paravyan bildirib.

Daha sonra onu hospitala aparır və əməliyyat edəcəklərini vəd edirlər. Lakin əməliyyat edilmir, qarnında kəskin ağrılarla geri - hərbi hissəyə göndərilir.

“Dedim niyə? Dedilər siqaret çəkmisən ona görə, elə bil, axşam saat ondan səhər dördədək siqaret çəkməməli, yemək yeməməli idim ki, əməliyyat eləsinlər. Saata baxmadan yatdığım yerdən oyanıb, siqaret çəkmişdim. Həkimlər dedi ki, niyə siqaret çəkmisən deməli əməliyyat etmirik. Növbəti dəfə yazarlar gələrsən”, - deyə erməni hərbiq qulluqçu bildirib.

Ermənistan MN məsələyə reaksiya verərək qeyd edib ki, hərbi qulluqçunun əməliyyat olunması təmin edilir və onun məzuniyyət hüququ bərpa olunur.

Ancaq qısa zaman sonra onu sarsıdıcı bir səbəblə “Mənəm” layihəsindən xaric edirlər. Məlum olur ki, guya buna ixtiyari olmasa da, hərbi qulluqçunun hospitallarda həddindən artıq çox vaxt keçirməsi səbəb olub.

Paravyan isə özü jurnalistlərə bildirib ki, 15 gün bir hospitalda, 17 gün digər hospitalda müalicə olunmaqla cəmi 32 xidmətdə olmayıb. Buna görə də layihədən xaric edildiyini deyiblər. O, 15 gün Xocalıdakı hospitalda mənasız yerə saxlanıldığını, əməliyyatı uzatdıqlarını və bu səbəbdən çox müddət sərf edilməsində komandanlığı günahkar bilsə də, çarəsiz qaldığını deyib. Daha sonra 17 gün Xankəndi hospitalında olub və əməliyyat edilib. İndi isə günlərin tamam olması ilə əlaqələndirib, layihədən xaric edilməsini qanunsuz hesab etdiyini bildirib.

Onun günlərinin hesablanması və layihədən xaric edilməsi təşəbbüsünün hərbi hissənin (hərbi hissə 34153, 4-cu alay) zabiti Aro Sarkisyana aid olduğu müəyyən edilib. Erməni jurnalislər zabitlə əlaqə yarada bilməyib.

Məsələni aydınlaşdırmaq üçün jurnalislərin Ermənistan MN mətbuat katibi Hovhannsiyana edilən zəngə cavab olaraq bildirib ki, qaynar xəttə zəng edib, ora məlumat verilsin.

Hüquq məsələləri ilə məşğul olan Ermənistan MN rəsmisi, polkovnik-leytenant Alik Avetisyan isə bildirib ki, o, səhhətində yaranmış problemlə əlaqədar layihədən xaric edilə bilər. Ancaq Avetisyan məsələni dəqiqləşdirib cavab verəcəyini qeyd edib.

Xatırladaq ki, “Mənəm” və “Şərəf duyuram” layihələri Aprel döyüşlərindən sonra Ermənistanda hərbi xidmətə təşviqi, gənclərin orduya cəlb edilməsi məqsədilə Ermənistan MN tərəfindən həyata keçirilir

Ancaq geniş təbliğ edilən bu layihə qanun pozuntuları ilə həyata keçirilir. Layihə üzrə verilən güzəştlərdən istifadə edilməsinə imkan verilmir. Vəd edilən məzuniyyət verilmir, komandirlər istədiyi vaxt qanunsuzluq edərək, layihə iştirakçısını xaric edə, vəd edilən güzəştlərdən mərhum edə bilər.

Alpər Mövludoğlu

Mənbə: ordu.az