Fransız deputatlar Xankəndidə “Fransa-Artsax” dostluq rəmzi ucaltdı - FOTOLAR

Fransız deputatlar Xankəndidə “Fransa-Artsax” dostluq rəmzi ucaltdı - FOTOLAR

Xəbər verdiyimiz kimi, Fransanın bir qrup deputatı növbəti dəfə Azərbaycanın işğal altındakı torpaqlarına 3 günlük səfərə gəlib.

Moderator.az-ın əldə etdiyi yeni məlumata görə, fransız deputatlar Xankəndidə “Fransa- Artsax dostluğu”na həsr olunmuş rəmzi göstəricinin açılışını ediblər. “Azadlıq” parkında qurulmuş rəmzin açılış tədbirində qondarma rejimin “parlament sədri” hesab edilən Aşot Qulyan və “Fransa-Artsax dostluq dərnəyi”nin rəhbəri, deputat Qi Tisye çıxış edib. Fransız parlamentariy bəhs edilən rəmzin təsadüfən “Azadlıq” parkında açılmadığını bildirərək Qarabağdakı ermənilərin “azadlıq uğrunda” mübarizəsindən danışıb.

Sultan Laçın

Mənbə: moderator.az