İtaliya Böyük Britaniyanın “Temptest” proqramına qoşulub

İtaliya Böyük Britaniyanın “Temptest” proqramına qoşulub

Roma, 11 sentyabr, AZƏRTAC

İtaliya altıncı nəsil qırıcı təyyarələrin hazırlanması üzrə Böyük Britaniyanın “Temptest” proqramına rəsmən qoşulub.

AZƏRTAC bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən xəbər verir ki, İtaliya və Böyük Britaniyanın Müdafiə nazirləri Londonda əməkdaşlığa dair memorandum imzalayıblar.

Bu əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirən İtaliyanın Müdafiə naziri Lorentso Querini deyib: “İtaliya ilə Böyük Britaniya arasında aerokosmik sahədə vacib tərəfdaşlığın başlanması müsbət məqamdır. Bu, İtaliya müdafiə sənayesinin mükəmməlliyini bir daha təsdiq edir”.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Mənbə: azertag.az