Ermənistan mətbuatı Paşinyandan YAZDI - “çılğındır, insanları təhqir edir”

Ermənistan hökumətində baş nazir Nikol Paşinyanın kobud davranışlarına görə istefa vermək istəyənlərin sayı artır.

Eurasia Diary "modern.az"a istinadən xəbər verir ki, milli təhlükəsizlik xidmətinin rəhbəri Artur Vanetsyan istefa ərizəsi ilə müraciət etsə də, baş nazir tərəfindən bu istək qəbul olunmayıb. Hökumətdən sızan məlumatlarda baş nazirin həddən artıq qabalığından danışılır.

“İş ondadır ki, Nikol Paşinyanla işləmək asan deyil. O çılğın, qəzəb anında insanı təhqi edə biləcək və istefa ərizənini yazmağı tələb edəcək birisidir. Sonra hökumət başçısı sakitləşir, bəzən peşmançılıq hiss keçirir amma istefa verənlər özləri bunu qəbul etmir və getməyə çalışırlar”-deyə qəzet yazır.

“Qrapark” əlavə məlumat əldə etmək üçün Nazirlər Kabinetinə yaxın mənbələrlə əlaqə saxlamağa çalışıb. Aydın olub ki, Vanetsyan və onun həmkarları periodik olaraq belə istefa ərizələri yazır amma sonra ya özləri ya baş nazir bu tələbləri geri çevirir. Maraqlıdır ki, istefa ərizələrini həm nazirlər, həm baş nazirin müavinləri, həm də Yerevan meri yazıb.

Ednews.net

ƏVVƏLKİ XƏBƏR

Kinoya bağlı ömür...

SONRAKI XƏBƏR

Rus səfir Putinin səfəri barədə: "Sizin başqa məlumatınız var?"